26 oktyabr 2024. Şənbə

Macarlar Qarabağ'a 300 min avro versələr...


  • Transfer
  • 14:32 17.01.2023
  • Oxunma sayı: 131
Macarlar Qarabağ'a 300 min avro versələr...
“Ferensvaroş” “Qarabağ”ın hücumçusu Kvabena Ovusunu qış fasiləsində transfer etmək üçün danışıqları intensivləşdirib. Corner.az saytı Macarıstan mətbuatına istinadən xəbər verir ki, "köhlən atlar"ın qanalı forvardın keçidi üçün qarşı tərəfdən tələb etdiyi məbləğ məlum olub.
 
Azərbaycan çempionu oyunçusunun transferindən 300 min avroluq gəlir götürməyi planlaşdırır. “Ferensvaroş” bu məbləği ödəməyə razılıq versə, keçid tezliklə rəsmiləşəcək. Əks təqdirdə, Ovusu mövsümün sonunda Macarıstan təmsilçisi ilə azad agent kimi 2 illik müqavilə bağlayacaq.
 
Qeyd edək ki, “Qarabağ” qış fasiləsində braziliyalı yarımmüdafiəçisi Kadi Borgesi “Krasnodar”a 5 milyon avroya satıb.






Transfer