26 oktyabr 2024. Şənbə

Sumqayıt da millimizin üzvünü istəmədi


  • Transfer
  • 14:47 17.01.2023
  • Oxunma sayı: 76
Sumqayıt da millimizin üzvünü istəmədi
“Zirə”nin bu qış fasiləsində yollarını ayırdığı Təmkin Xəlilzadə özünə yeni klub axtarmağa davam edir. Corner.az xəbər verir ki, 29 yaşlı sol cinah müdafiəçisinin karyerasını Premyer Liqanın digər təmsilçisi “Sumqayıt”da keçməsi gözlənilsə də, bu baş tutmayıb.
 
Hətta tərəflər arasında bu keçidlə bağlı danışıqlar da olub. Amma “Sumqayıt”ın baş məşqçisi Samir Abasov Azərbaycan millisinin də üzvü olan futbolçunun xidmətində maraqlı olmadığı üçün danışıq dayandırılıb. Bu üzdən də onun sözügedən kluba keçidi alınmayıb.
 
Xatırladaq ki, Təmkin daha öncə “Sabah”, “Qəbələ”, “Qarabağ” və AZAL-da da forma geyinib. O, millidə 25 oyuna 3 qol vurub.






Transfer