18 may 2026. Bazar ertəsi

La Liqa klubundan 5 milyonluq transfer


  • Transfer
  • 17:33 17.01.2023
  • Oxunma sayı: 122
La Liqa klubundan 5 milyonluq transfer
İspaniyanın “Jirona” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, La Liqa təmsilçisi yarımmüdafiəçi Viktor Çiqankovu heyətinə qatıb.
 
25 yaşlı futbolçu La Liqa klubu ilə 2027-ci ilin 30 iyununa kimi müqavilə bağlayıb. “Jirona” ukraynalı oyunçu üçün “Dinamo”ya 5 milyon avro ödəyib.
 
Ukrayna millisinin üzvü 2016-cı ildən “Dinamo”nun əsas komandasında forma geyinirdi.






Transfer