1 aprel 2026. Çərşənbə

Qalatasaray'da daha bir yeni müqavilə


  • Transfer
  • 17:36 17.01.2023
  • Oxunma sayı: 105
Qalatasaray'da daha bir yeni müqavilə
“Qalatasaray” yarımmüdafiəçisi Özgür Baran Aksakanın müqavilə müddətini artırıb. Corner.az xəbər verir ki, bu barədə İstanbul nəhənginin rəsmi saytı məlumat yayıb.
 
19 yaşlı futbolçu yeni müqaviləyə əsasən 2025/26 mövsümünün sonunadək bu komandada qalacaq.
 
Aksaka “Qalatasaray”ın öz yetirməsidir. Dayaq yarımmüdafiəçisi Super Liqa klubunun əsas komandasında 3 oyuna çıxıb.
 
“Qalatasaray” ötən gün digər gənc futbolçusu Emin Bayramla da yeni müqavilə imzalandığını açıqlamışdı.






Transfer