18 may 2026. Bazar ertəsi

Turan Tovuz kamerunlu futbolçudan imtina etdi


  • Transfer
  • 17:37 17.01.2023
  • Oxunma sayı: 127
Turan Tovuz kamerunlu futbolçudan imtina etdi
Türkiyədə təlim-məşq toplanışında olan “Turan Tovuz” baxışa çağırdığı kamerunlu futbolçunu bəyənməyib. Corner.az xəbər verir ki, Erik Ayukun durumu baş məşqçi Ayxan Abbasovu qane etməyib. Bu səbəbdən futbolçu Qazaxıstanın “Jetisu” klubu ilə sınaq oyununun protokolunda yer almayıb. 
 
Futbola Tailandda başlayan Erik Ayuk daha sonra ABŞ, İsveç, Türkiyə və Misir kimi ölkələrdə çıxış edib. O, 2018-2021-ci illərdə Türkiyədə “Osmanlıspor” - indiki “Ankaraspor”da forma geyinib.
 
Son klubu Misir təmsilçisi “Parko” olan Erik Ayuk Kamerunun U-20 və U-23 yığmalarında oynayıb.






Transfer