Türkiyə "Konyaspor”un yeni baş məşqçisi müəyyənləşib. Corner.az xəbər verir ki, Super Liqa təmsilçisini bundan sonra serbiyalı Aleksandr Stanoyeviç idarə edəcək edəcək.
49 yaşlı mütəxəssislə 1.5 illik müqavilə imzalanıb. O, yeni komandasında İlhan Palutu əvəz edib.
Stanoyeviç son olaraq Serbiyanın “Partizan” komandasını çalışdırıb. O, sözügedən klubdan 2022-ci ilin mayında ayrılıb.
Xatırladaq ki, Konya təmsilçisi bu mövsüm Türkiyə Super Liqasında 18 oyuna topladığı 27 xalla 7-ci pillədə qərarlaşıb.