İngiltərənin “Vulverhempton” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Fransa çempionu PSJ-dən Pablo Sarabiyanı heyətinə qatıb.
Tərəflər müddəti 2025-ci ilin 30 iyununa qədər olan müqaviləyə imza atıblar. Premyer Liqa klubu ispan oyunçu üçün Paris təmsilçisinə 5 milyon avro ödəyib.
30 yaşlı futbolçu hücumameyilli yarımmüdafiəçi 2019-cu ildən PSJ-də çıxış edirdi. “Real”ın yetirməsi olan Sarabiya “Sevilya”, “Xetafe” və “Sportinq”də (Lissabon) də forma geyinib.