22 dekabr 2025. Bazar ertəsi

Turan Tovuz albaniyalı hücumçu gətirir


  • Transfer
  • 10:21 18.01.2023
  • Oxunma sayı: 155
Turan Tovuz albaniyalı hücumçu gətirir
“Turan Tovuz” heyətini yeni hücumçu ilə gücləndirməyə yaxındır. Corner.az məlumatına görə, tovuzlular albaniyalı Belaydi Pusini transfer etməyə hazırlaşırlar.
 
Tərəflər demək olar ki, bütün məsələlərdə razılığa gəliblər. 24 yaşlı forvardın transferi yaxın günlərdə rəsmən açıqlana bilər.
 
Belaydi Pusi peşəkar karyerasına “Vlajniya”da başlayıb. Məhz bu klubun yetirməsi olan hücumçu 2020-ci ildən “Skenderbeu”nun uğurları üçün çalışır. 
 
Pusi “Skenderbeu”da 87 oyuna çıxıb. O, bu görüşlərdə 15 qola imza atıb, 4 məhsuldar ötürmə müəllifi olub. (matc)






Transfer

Bastoni “İnter”də qalacaq
  • Transfer
  • 15:48 21.12.2025
Bastoni “İnter”də qalacaq