İspaniyanın “Betis” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, La Liqa təmsilçisi Braziliyanın “Atletiko” (Paranaense) klubunun müdafiəçisi Abner Vinisiusu transfer edib.
22 yaşlı futbolçu ilə 2029-cu ilin yayına kimi olan müqavilə imzalanıb. İspanlar bu transferə görə “Atletiko”ya 5 milyon avro ödəyiblər.
Abner peşəkar karyerasına “Ponte Preta” komandasında başlayıb. O, 2019-cu ilin iyul ayından “Atletiko”nun uğurları üçün çalışırdı. Braziliyalı müdafiəçi ölkəsinin U-23 yığmasına da dəvət alır.