22 dekabr 2025. Bazar ertəsi

Neftçi'nin maraqlandığı futbolçu Rusiya klubundan imtina etdi


  • Transfer
  • 17:01 18.01.2023
  • Oxunma sayı: 120
Neftçi'nin maraqlandığı futbolçu Rusiya klubundan imtina etdi
“Astana”nın hücumçusu Abat Aymbetov Rusiya klubu “Rodina”nın təklifini rədd edib. Corner.az xəbər verir ki, Qazaxıstan millisinin üzvü bunu ikinci liqada oynamaq istəməməsi ilə əlaqələndirib.
 
Ancaq 27 yaşlı forvard Avropadan gələcək təklifləri dəyərləndirməyə hazır olduğunu vurğulayıb. Mövsümün əvvəlində futbolçu “Neftçi”nin maraq dairəsində olsa da, keçid baş tutmamışdı. “Ağ-qaralar” qış fasiləsində yenidən ona təklif göndərə bilər.
 
Qeyd edək ki, Abat Aymbetov ötən mövsüm “Astana”nın heyətində 19 çempionat oyununda 9 qol vurub.






Transfer

Bastoni “İnter”də qalacaq
  • Transfer
  • 15:48 21.12.2025
Bastoni “İnter”də qalacaq