27 noyabr 2024. Çərşənbə

Bavariya Keyn üçün təklif hazırlayır


  • Transfer
  • 21:09 18.01.2023
  • Oxunma sayı: 63
Bavariya Keyn üçün təklif hazırlayır

 “Tottenhem”in hücumçusu Harri Keyn karyerasını Almaniyanın “Bavariya” klubunda davam etdirə bilər.

Corner.az “Daily Telegraf”a istinadən xəbər verir ki, Münhen təmsilçisi ingilis futbolçunu heyətinə qatmaq üçün təklif hazırlayır.

Nəşrin iddiasına görə, “Tottenhem” Keyn üçün Bundesliqa nəhəngindən 100 milyon funt-sterlinq (təxminən 114 milyon avro) tələb edir. 

“Bavariya” isə bu səbəbdən vəziyyəti diqqətində saxlayır. Keyn özü də London təmsilçisi ilə müqaviləni yeniləmək üçün tələsmir. 29 yaşlı hücumçu "Tottenhem" yalnız Çempionlar Liqasına çıxarsa və ya kubok qazanarsa yeni müqaviləyə razılıq verə bilər.

Keyn bu mövsüm Premyer Liqada 19 oyuna çıxıb, 15 qol vurub.







Transfer