26 oktyabr 2024. Şənbə

Neftçi'nin istədiyi futbolçu klubundan ayrıldı


  • Transfer
  • 15:51 19.01.2023
  • Oxunma sayı: 83
Neftçi'nin istədiyi futbolçu klubundan ayrıldı
“Neftçi” Qazaxıstanın “Astana” klubunun yarımmüdafiəçisi Kilan Lebonu transfer etməyə hazırlaşır. Corner.az Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, tərəflər artıq bütün məsələlərdə razılığa gəliblər.
 
Fransadan olan 25 yaşlı vinger “Astana” ilə müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verərək Azərbaycan klubuyla müqavilə imzalayacaq. 
 
Kilan “Astana”ya 2022-ci ilin avqustunda transfer olunub. O, bu komandada cəmi 13 oyun keçirib, 2 qol vurub, 1 məhsuldar ötürmə edib, ölkə çempionu olub.
 
Lebon daha öncə “Amyen”, “Paris”, “Şambli”, “Utrext”, “Ayaçço”, “Kretey” və “Beroe” kimi klubların da formasını geyinib.






Transfer