6 aprel 2026. Bazar ertəsi

Barselona'dan Atletiko'ya


  • Transfer
  • 16:15 19.01.2023
  • Oxunma sayı: 167
Barselona'dan Atletiko'ya
“Barselona”nın hücumçusu Memfis Depay İspaniyada klubunu dəyişib. Corner.az saytı xəbər verir ki, Niderland millisinin üzvü La Liqanın digər təmsilçisi “Atletiko”ya keçib.
 
Klublar arasında danışıqlar artıq başa çatıb. Kataloniyalılar bu keçiddən 3 milyon avro qazanc əldə edəcək. 29 yaşlı oyunçu şəxsi təyyarəsi ilə Madridə yollanıb. O, bu gün yeni komandasında tibbi müayinədən keçdikdən sonra 2,5 illik müqavilə imzalayacaq.
 
Qeyd edək ki, Memfis Depay bu mövsüm “Barselona”nın heyətində cəmi 4 oyun keçirib, aktivinə 1 qol yazdırıb.






Transfer

PSJ 57 milyon avro təklif etdi
  • Transfer
  • 23:44 04.04.2026
PSJ 57 milyon avro təklif etdi