26 oktyabr 2024. Şənbə

Nyukasl'dan Kariusla yeni müqavilə


  • Transfer
  • 20:44 19.01.2023
  • Oxunma sayı: 57
Nyukasl'dan Kariusla yeni müqavilə
“Nyukasl” mövsümün əvvəlində “Liverpul”dan azad agent kimi heyətinə qatdığı Loris Kariusu saxlamağa qərar verib. Corner.az xəbər verir ki, tərəflər arasında sentyabr ayında bağlanmış müqavilənin müddəti 2022-ci ilin 31 dekabrına kimi idi.
 
Lakin tərəflər sözləşməni mövsümün sonuna kimi uzatmaqla da bağlı ilkin razılıq əldə etmişdilər. Klub məhz həmin bənddən istifadə edərək 29 yaşlı qolkiperi 30 iyuna kimi heyətində saxlamağa qərar verib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
Xatırladaq ki, alman qolkiper Almaniyanın “Maynts” klubunun yetirməsidir. O, “Liverpul”la yanaşı, Türkiyənin “Beşiktaş”, Almaniyanın “Union Berlin” klublarında da forma geyinib.






Transfer