- Transfer
- 23:56 10.03.2026
Manchester United ilk transferini həyata keçirməyə hazırlaşır.
Corner.az Britaniya mətbuatına istinadən xəbər verir ki, “qırmızı-şeytanlar” “Suonsi”dən Daniel Ceymsi heyətinə cəlb edir.Bu gün 21 yaşlı futbolçunun tibbi müayinədən keçəcəyi bildirilir. “Manchester”in bu tranfer üçün qarşı tərəfə 19 milyon avro ödəyəcəyi qeyd olunub.
Qeyd edək ki, Uelslli futbolçu ötən mövsüm Çempionşipdə 33 oyuna 4 qol vurub, 7 məhsuldar ötürmə edib.