6 aprel 2026. Bazar ertəsi

Neftçi Lebon üçün nə qədər ödəyib?


  • Transfer
  • 18:01 20.01.2023
  • Oxunma sayı: 114
Neftçi Lebon üçün nə qədər ödəyib?
“Neftçi”nin yeni transferi Kilan Lebon üçün Qazaxıstanın “Astana” klubuna ödədiyi məbləğ müəyyənləşib. Corner.az xəbər verir ki, bu keçid paytaxt təmsilçisinə 100 min dollara başa gəlib.
 
Fransadan olan 25 yaşlı vinger “Astana” ilə müqaviləsinə xitam verərək ötən gün Azərbaycan klubuyla 1.5+1 illik müqaviləyə imza atıb.
 
O, Azərbaycan təmsilçisində 22 nömrəli formanı geyinəcək.
 
Kilan 2022-ci ilin avqustundan “Astana”da çıxış edirdi. O, bu komandada 13 oyun keçirib, 2 qol vurub, 1 məhsuldar ötürmə edib və Qazaxıstan çempionu olub.
 
Lebon daha öncə “Amyen”, “Paris”, “Şambli”, “Utrext”, “Ayaçço”, “Kretey” və “Beroe” kimi klubların da formasını geyinib.






Transfer

PSJ 57 milyon avro təklif etdi
  • Transfer
  • 23:44 04.04.2026
PSJ 57 milyon avro təklif etdi