22 dekabr 2025. Bazar ertəsi

Leandro klubunu dəyişdi


  • Transfer
  • 18:42 20.01.2023
  • Oxunma sayı: 63
Leandro klubunu dəyişdi
“Brayton”un yarımmüdafiəçisi Leandro Trossard İngiltərədə klubunu dəyişib. Corner.az xəbər verir ki, 29 yaşlı hücumameyilli futbolçu “Arsenal”a transfer olunub.
 
Belçika millisinin üzvü artıq London klubunda tibbi müayinədən uğurla keçib. O, tezliklə “topçular”la 2026-cı ilin yayınadək nəzərdə tutulan müqavilə imzalayacaq. Trossardın transferi “Brayton”a 30 milyon avro qazandırıb.
 
Qeyd edək ki, Leandro Trossard bu mövsüm “Brayton”un heyətində keçirdiyi 16 oyunda 7 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.






Transfer

Bastoni “İnter”də qalacaq
  • Transfer
  • 15:48 21.12.2025
Bastoni “İnter”də qalacaq