18 may 2026. Bazar ertəsi

Rudi Föller yenidən milli komandada


  • Transfer
  • 18:46 20.01.2023
  • Oxunma sayı: 366
Rudi Föller yenidən milli komandada
Almaniya millisinin yeni idman direktoru müəyyənləşib. Corner.az xəbər verir ki, Almaniya Futbol Assosiasiyası bu posta Rudi Fölleri təyin edib.
 
63 yaşlı mütəxəssis Qətərdəki dünya çempionatındakı uğursuzluqdan sonra müqaviləsinə xitam verilən Oliver Borhoffu əvəzləyib. 2000-2004-cü illərdə Almaniya millisinin baş məşqçisi olan Föller fevralın 1-dən idman direktoru kimi rəsmən fəaliyyətə başlayacaq.
 
Qeyd edək ki, Oliver Birhoffun fəaliyyəti dönəmində Almaniya millisi DÇ-2014-ün və 2017-ci ildə Konfederasiyalar Kubokunun qalibi olub, U-21-lər iki dəfə Avropa çempionluğunu qazanıb.
 






Transfer