- Transfer
- 21:53 26.11.2024
Azərbaycanın U-19 yığmasının sabiq üzvü Sərhat Taşdemir karyerasını Türkiyədə davam etdirəcək.
Corner.az xəbər verir ki, 22 yaşlı futbolçu “Kocaelispor” klubu ilə anlaşıb.
Taşdemir yeni klubu ilə 2,5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, futbolçu bunadək İngiltərədə "Bakston", "Oldhem", "Barnet" kimi klubların formasını geyinib. O, Azərbaycanın U-19 yığmasında 3 oyunda 3 qola imza atıb.