26 oktyabr 2024. Şənbə

20 yaşlı futbolçu üçün 14 milyon avro ödədilər


  • Transfer
  • 19:37 21.01.2023
  • Oxunma sayı: 86
20 yaşlı futbolçu üçün 14 milyon avro ödədilər
“Lester Siti” heyətini yeni futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Kopenhagen”in sol cinah müdafiəçisi Viktor Kristianseni transfer edib.
 
“Lester Siti” bu transfer üçün Danimarka klubuna 14 milyon avro ödəyib. Danimarka millisini üzvü ilə müddəti 2028-ci ilin 30 iyununa qədər olan müqavilə imzalanıb.
 
Kristiansen “Kopenhagen”in yetirməsidir. O, bu klubun əsas komandasında 73 oyuna çıxıb, 1 qol vurub.
 
“Lester Siti” hücumçusu Corc Hersti isə “İpsviç Taun”a icarəyə verib. 23 yaşlı forvardın bu mövsümün sonunadək aşağı liqa təmsilçisində forma geyinəcəyi açıqlanıb. Herst 2019-cu ilin yayından formasını geyindiyi Premyer Liqa təmsilçisində cəmi 2 matça çıxıb. O, “İpsviç Taun”dan əvvəl “Blekbern”, “Portsmut”, “Roterem Yunayted”də də icarədə oynayıb.






Transfer