"Malyorka” heyətini yeni futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, La Liqa təmsilçisi Rusiyanın “Rostov” klubundan Dennis Hadzikaduniçi icarəyə götürüb.
24 yaşlı müdafiəçi bu mövsümün sonuna kimi İspaniya klubunun uğurları üçün çalışacaq.
Hadzikaduniç 2018-ci ildən “Rostov”un formasını geyinir. O, Rusiya klubunun heyətində 69 oyuna 3 qol vurub. İsveçdə “Malmö” və “Trelleborq”un da uğurları üçün çalışmış futbolçu, 2020-ci ildən Bosniya və Herseqovina yığmasına dəvət alır. O, bu ölkənin əsas millisində 19 oyun keçirib.
“Malyorka” isə müdafiəçisi Franko Russonu Bolqarıstanın “Ludoqorets” klubuna və yarımmüdafiəçisi Laqo Junioru da “Malaqa”ya satıb. Klub Russonun satışından 900 min avro gəlir qazanıb. 28 yaşlı futbolçu yeni klubu ilə 2026-cı ilin 30 iyununa kimi müqavilə bağlayıb. Argentinalı 2018-ci ilin iyulundan formasını geyindiyi İspaniya klubunda 54 oyuna çıxıb və 1 qol vurub.32 yaşlı vinger yeni klubu ilə 2024-cü ilin 30 iyununa kimi müqavilə bağlayıb. Fil Dişi Sahilinin üzvü 2016-cı ilin yanvarından formasını geyindiyi “Malyorka”da 206 oyuna çıxıb, 36 qol vurub. O, yığmada da 5 oyuna çıxıb.