26 oktyabr 2024. Şənbə

Fiorentina Benassini göndərdi


  • Transfer
  • 15:15 22.01.2023
  • Oxunma sayı: 52
Fiorentina Benassini göndərdi
İtaliyanın “Kremoneze” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, sözügedən klub A Seriyasının digər təmsilçisi “Fiorentina”dan yarımmüdafiəçi Marko Benassini icarəyə götürüb.
 
28 yaşlı futbolçu bu mövsümün sonuna kimi icarədə oynayacaq. “İnter”in yetirməsi olan Marko “Fiorentina”ya keçənə qədər “Livorno” və “Torino”da da oynayıb. Florensiya klubuna 2107-ci ilin avqustunda 12 milyon avro qarşılığında keçən italiyalı futbolçu, bu komandada 106 oyuna 17 qol vurub. Benassi daha öncə “Verona” və “Empoli”də də icarədə çıxış edib.
 
“Kremoneze” isə hücumçusu Luka Stritsolonu “Modena”ya icarəyə göndərib.30 yaşlı forvard bu mövsümün sonuna kimi icarədə oynayacaq. İtaliyalı oyunçu, 2019-cu ilin yanvarından formasını geyindiyi “Kremoneze”də 66 oyuna 13 qol vurub.
 
İtaliya klubu yarımmüdafiəçi Xayme Baeslə yollarını ayırıb. Uruqvaylı futbolçu İtaliyanın digər klubu “Frozinone”yə keçib. 27 yaşlı vinger 2021-ci ilin yanvarından formasını geyindiyi “Kremoneze”də 56 oyuna 5 qol vurub.






Transfer