26 oktyabr 2024. Şənbə

Ronaldo bu gün Əl Nəsr'də ilk oyununa çıxa bilər


  • Transfer
  • 15:19 22.01.2023
  • Oxunma sayı: 78
Ronaldo bu gün Əl Nəsr'də ilk oyununa çıxa bilər
Səudiyyə Ərəbistanı çempionatının 14-cü turunda “Əl-Nəsr” “Əl-İttifaq”la qarşılaşacaq. Corner.az xəbər verir ki, Kriştiano Ronaldo bu matçda meydana çıxaraq, “Əl-Nəsr”in heyətində ölkə çempionatında debüt edə bilər.
 
37 yaşlı ulduz artıq Səudiyyə Ərəbistanında meydana çıxıb. Bu, Riyad komandasının (“Əl-Nəsr” və “Əl-Hilal”ın birləşmiş komandası) PSJ (4:5) ilə oynadığı yoldaşlıq görüşündə baş verib. Həmin matçda Ronaldo dubla imza atıb.
 
Ronaldo “Əl-Nəsr”lə 2 illik müqavilə imzalayıb. “Qızıl top”un beşqat qalibinin sözləşməsi 2025-ci ilədək nəzərdə tutulub. Portuqaliyalı hücumçunun sponsorluq gəlirləri ilə birlikdə illik qazancının 200 milyon avro olduğu bildirilir.






Transfer