26 oktyabr 2024. Şənbə

La Liqa klubunda fransız müdafiəçi


  • Transfer
  • 21:23 22.01.2023
  • Oxunma sayı: 62
La Liqa klubunda fransız müdafiəçi
“Espanyol” heyətini yeni futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, La Liqa təmsilçisi Almaniyanın “Maynts” klubunun müdafiəçisi Ronael Pyer-Qabrieli heyətinə cəlb edib.
 
 24 yaşlı futbolçu bu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürülüb.
 
2019-cu ildən “Maynts”da olan fransız oyunçu Bundesliqa təmsilçisinin heyətində cəmi 8 matça çıxıb. “Sent Etyen”in yetirməsi olan sağ cinah müdafiəçisi “Monako”dan başqa “Brest” və “Strasburq”da da oynayıb.
 
“Espanyol” sağ cinah müdafiəçisi Migel Xuan Lambriçi isə “Karaxena”ya icarəyə göndərib. 27 yaşlı futbolçu bu mövsümün sonuna kimi icarədə olacaq. “Vilyarreal”ın yetirməsi olan isöan oyunçu 2020-ci ilin avqustundan formasını geyindiyi “Espanyol”da 25 oyuna çıxıb. O, ölkəsində “Real Ovyedo” və “Hueska”nın da formasını geyinib.






Transfer