26 oktyabr 2024. Şənbə

Marselo Ronaldonun komanda yoldaşı ola bilər


  • Transfer
  • 21:51 22.01.2023
  • Oxunma sayı: 79
Marselo Ronaldonun komanda yoldaşı ola bilər

Səudiyyənin “Əl-Nəsr” klubu “Olimpiakos”un müdafiəçisi Marselonu heyətinə qatmaq istəyir.

Corner.az xarici KİV-ə istinadla xəbər verir ki, səudiyyəlilər Madrid klubunun sabiq kapitanı yaxın zamanda təklif vermə hazırlaşır. 34 yaşlı futbolçunun dəvətinin təşəbbüskarı komandanın yeni transferi Kriştiano Ronaldo olub.

Xatırladaq ki, Marselo 2007-2022-ci illərdə "Real"ın futbolçusu olub. Komandanın heyətində keçirdiyi 546 oyunda müdafiəçi 38 qol vurub və 103 məhsuldar ötürmə edib. "Real Madrid"lə Marselo 25 kubok qazanıb. 2022-ci ilin sentyabrından Marselo Yunanıstan "Olimpiakos" klubu ilə müqavilə başlayıb. Müqavilənin müddəti yayda başa çatır.







Transfer