22 dekabr 2025. Bazar ertəsi

Neftçi braziliyalı hücumçu ilə anlaşdı


  • Transfer
  • 18:34 23.01.2023
  • Oxunma sayı: 159
Neftçi braziliyalı hücumçu ilə anlaşdı
“Neftçi” heyətini yeni hücumçu ilə gücləndirir. Corner.az xəbər verir ki, “ağ-qaralar” son 6 ayı icarə əsasında Çin Super Liqasında çıxış edən “Çendu Tsyanbao” klubunda keçirən braziliyalı Mateus Saldanya ilə anlaşıb.
 
24 yaşlı forvard müqavilə ilə Yaponiyanın “Çiba” komandasına məxsusdur. Bu üzdən də “Neftçi” məhz sözügedən klubla danışıqlarını davam etdirir.
 
Braziliyanın “Santos” klubunun yetirməsi olan Saldanya “Bahiya” və “Audaks” komandalarının da formasını geyinib. O, Çin komandasında 19 oyuna 3 qol vurub, 4 məhsuldar ötürmə müəllifi olub.






Transfer

Bastoni “İnter”də qalacaq
  • Transfer
  • 15:48 21.12.2025
Bastoni “İnter”də qalacaq