1 aprel 2026. Çərşənbə

Sumqayıt'dan ayrılan futbolçuya 2 təklif


  • Transfer
  • 18:42 23.01.2023
  • Oxunma sayı: 126
Sumqayıt'dan ayrılan futbolçuya 2 təklif
Yanvarın ilk günlərində “Sumqayıt”la müqaviləsinə xitam verilən Vüqar Bəybalayevin yeni klubu tezliklə müəyyənləşə bilər. Corner.az saytı xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçinin xidmətinin Premyer Liqanın 2 klubu maraq göstərir.
 
Konkret olaraq “Şamaxı” və “Səbail” Bəybalayevin xidmətində maraqlıdı. Hazırda azad agent statusu daşıyan futbolçu hər iki klubla danışıq aparır. Vüqar 2018-2021-ci illərdə “Səbail”in formasını geyinib.
 
Qeyd edək ki, Vüqar Bəybalayev cari mövsümün ilk yarısında “Sumqayıt”ın heyətində Premyer Liqada 6 oyun keçirib.






Transfer