26 iyul 2026. Bazar günü

Milli komandada yeni baş məşqçi


  • Transfer
  • 18:49 23.01.2023
  • Oxunma sayı: 154
Milli komandada yeni baş məşqçi

Futbol üzrə Polşa millisinin yeni baş məşqçisi bəlli olub.

Corner.az-ın məlumatına görə, bu barədə italiyalı insayder Fabritsio Romano sosial şəbəkə hesabında paylaşım edib.

O, Polşa Futbol İttifaqının (PZPN) Fernandu Santuşla anlaşdığını yazıb. 69 yaşlı baş məşqçi ilə 2026-cı ilin iyununadək müqavilə imzalanacaq.

Qeyd edək ki, Fernandu Santuşun son iş yeri Portuqaliya yığması olub. O, Qətərdəki dünya çempionatından sonra istefaya göndərilib. Santuş Polşa seçməsində Çeslav Mixneviçi əvəzləyəcək.







Transfer

Dovbik "Roma"dan ayrıla bilər
  • Transfer
  • 18:18 26.07.2026
Dovbik "Roma"dan ayrıla bilər