Türkiyənin “Başakşəhər” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, Super Liqa təmsilçisi “Trabzonspor”un müdafiəçisi Edqar Migeli heyətinə qatıb.
28 yaşlı mərkəz müdafəçisi ilə 1.5 illik müqavilə imzalanıb. Azad agent statusuna malik futbolçu üçün Trabzon klubuna ödəniş edilməyib.
Qvineya Bisau əsilli Edqar Migel İe Lissabon “Sportinq”inin yetirməsidir. Portuqaliya yığmasının üzvü İspaniyada “Barselona” və “Vilyarreal” klublarının B komandalarında, “Belenenseş”, “Lill”, “Nant” və “Feyenoord” kimi klublarda da oynayıb. 2019-cu ilin avqustundan “Trabzonspor”da olan futbolçu bu komandada 61 oyuna 3 qol vurub. O, Portuqaliya yığmasında da 1 oyuna çıxıb.