30 iyun 2026. Çərşənbə axşamı

Manchester City onun üçün hərəkətə keçdi


  • Transfer
  • 14:30 07.06.2019
  • Oxunma sayı: 648
Manchester City onun üçün hərəkətə keçdi

Juventus'un futbolçusu Joao Kanselo karyerasını “Manchester City”də davam etdirə bilər.

Corner.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “şəhərlilər” 25 yaşlı futbolçunu heyətinə qatmaq üçün hərəkətə keçib. Manchester klubu ilkin danışıqlarda portuqaliyalı futbolçuya illik 5 milyon avro olmaqla müqavilə təklif edib. Bu müqavilənin 2024-cü ilədək nəzərdə tutulduğu bildirilir.

Qeyd edək ki, portuqaliyalı futbolçunun “Qoca sinyora” ilə müqaviləsi 2023-cü ildə sona çatır







Transfer