6 aprel 2026. Bazar ertəsi

Qarabağ albaniyalı hücumçunun transferini açıqladı


  • Transfer
  • 23:13 24.01.2023
  • Oxunma sayı: 115
Qarabağ albaniyalı hücumçunun transferini açıqladı

"Qarabağ" Albaniya millisinin futbolçusu Redon Cicanın transferini açıqlayıb.

Corner.az-ın məlumatına görə, bununla bağlı Ağdam klubunun sosial şəbəkə hesabında video paylaşılıb.

Son olaraq ölkəsinin "Tirana" komandasında çıxış edən 24 yaşlı forvardla 3,5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Redon Cica karyerasında yalnız öz ölkəsində çıxış edib. "Şkendiya"nın yetirməsi olan futbolçu 2017-ci ildə "Laçi"yə keçib və 4 mövsüm bu komandanın şərəfini qoruyub. O, 2021-ci ildən formasını geyindiyi "Tirana"da 49 oyuna 29 qol vurub.







Transfer

PSJ 57 milyon avro təklif etdi
  • Transfer
  • 23:44 04.04.2026
PSJ 57 milyon avro təklif etdi