26 oktyabr 2024. Şənbə

Fransalı hücumçuya görə 6 milyon avro ödədilər


  • Transfer
  • 09:48 25.01.2023
  • Oxunma sayı: 72
Fransalı hücumçuya görə 6 milyon avro ödədilər
“Maynts” heyətini yeni futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, Bundesliqa təmsilçisi Fransanın “Strasburq” klubundan hücumçu Lüdovik Ajorku transfer edib.
 
Bu barədə Almaniya klubunun rəsmi saytı məlumat yayıb. 28 yaşlı futbolçu ilə müddəti 2026-cı ilin 30 iyununa qədər davam edəcək müqavilə imzalanıb. Bundesliqa klubu bu transfer üçün “Strasburq”a 6 milyon avro ödəyiblər.
 
Ajork 2018-ci ildən formasını geyindiyi “Strasburq”da 151 oyuna 51 qol vurub.







Transfer