İtaliyanın “Montsa” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, elita təmsilçisi “İnter”in sol cinah müdafiəçisi Franko Karbonini transfer edib.
Argentinadan olan, İtaliya vətəndaşlığına da malik 19 yaşlı futbolçu 2024-cü ilin 30 iyununa kimi icarəyə götürülüb. Müqavilədə həm satınalma, həm də “İnter”in gələcəkdə gerisatınalmasına dair şərtlər nəzərdə tutulub.
“Lanus” və “Kataniya”nın aşağı ya qrupları üzrə komandalarında oynamış Franko Karboni, 2020-ci ilin yanvar ayından “İnter”dədir. Argentinadan olan gənc müdafiəçi bu mövsümün ilk dövrəsini “Kalyari”də icarədə keçirib.