26 oktyabr 2024. Şənbə

La Liqa klubu Latsio'nun futbolçusu ilə gücləndi


  • Transfer
  • 14:08 25.01.2023
  • Oxunma sayı: 90
La Liqa klubu Latsio'nun futbolçusu ilə gücləndi
İspaniyanın “Kadis” klubu heyətinə yeni futbolçu cəlb edib. Corner.az xəbər verir ki, La Liqa təmsilçisi İtaliyanın “Latsio” klubunun yarımmüdafiəçisi Qonsalo Eskalante ilə güclənib.
 
29 yaşlı futbolçu bu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürülüb.
 
Argentinalı oyunçu 2020-ci ildən “Latsio”da çıxış edir. Bu komandada 31 oyuna 1 məhsuldar ötürmə ilə yadda qalan futbolçu, mövsümün ilk dövrəsini “Kremoneze”də icarədə keçirib. O, ötən ilin əvvəlində “Alaves”də də icarəyə oynayıb. Argentinalı oyunçu daha öncə “Boka Xuniors”, “Kataniya” və “Eybar”da da forma geyinib.
 
“Kadis” isə öz yarımmüdafiəçisi Aver Mabili Çexiyanın “Sparta” (Praqa) klubuna icarəyə verib. Avstraliyadan olan 27 yaşlı vingerin bu mövsümün sonuna qədər satınalma şərti ilə icarəyə verildiyi diqqətə çatdırılıb. Mabil 2022-ci ilin yayında “Kadis”ə transfer olunsa da, La Liqa təmsilçisində cəmi 6 oyunda iştirak edib. 






Transfer