26 oktyabr 2024. Şənbə

Vilyarreal'ın futbolçusu Tottenhem'də


  • Transfer
  • 22:03 25.01.2023
  • Oxunma sayı: 75
Vilyarreal'ın futbolçusu Tottenhem'də
İngiltərənin “Tottenhem” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, London təmsilçisi İspaniyanın “Vilyarreal” klubunun yarımmüdafiəçisi Arno Danjumanı heyətinə qatıb.
 
25 yaşlı vinger satınalma şərti ilə bu mövsümün sonunadək icarəyə götürüb.
 
PSV-nin yetrməsi olan futbolçu “NEK Neymegen”, “Brügge” və “Bornmut” kimi klubların da formasını geyinib. Niderland yığmasının üzvü 2021-ci ildən formasını geyindiyi “Vilyarreal”da 51 oyuna 22 qol. Danjuma Niderland yığmasında da 6 oyuna çıxıb, 2 qol vurub.
 
"Vilyarreal” da heyətini “Jirona”dan Ramon Terratsla gücləndirib. 22 yaşlı futbolçunun bu mövsümün sonunadək icarədə oynayacağı açıqlanıb. 2020-ci ildən “Jirona”da forma geyinən ispan oyunçu, bu komandada 56 oyun keçirib.
 
“Jirona” isə ABŞ-ın “Nyu York Siti” klubundan Aleksander Kalyensi transfer edib. Peru milli komandasının da üzvü olan 30 yaşlı futbolçu ilə müqavilə 2025-ci ilin 30 iyununa qədər nəzərdə tutulub. Mərkəz müdafiəçisi 2017-ci ilin yanvar ayından MLS təmsilçisində çıxış edirdi. O, bu komandada 193 matçda 15 qol vurub. Daha öncə İspaniyada “Real Sosyedad” və “Numansiya”nın da uğurları üçün çalışmış futbolçu ölkəsində də “Sport Boys”un formasını geyinib. O, millidə 34 oyuna çıxıb, 1 qola imza atıb.






Transfer