Fransanın “Oser” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, Liqa 1 təmsilçisi İtaliyanın “İnter” klubunun qapıçısı Yonut Radunu heyətinə qatıb.
25 yaşlı qolkiper bu mövsümün sonuna kimi icarəyə götürülüb.
Rumıniya yığmasının üzvü 2013-cü ildən “İnter”də çıxış edir. Lakin o, Milan təmsilçisində heç vaxt əsas heyət üzvü ola bilməyib. Klubun əsas komandasında cəmi 5 oyun keçirmiş qolkiper, “Avellino”, “Cenoa”, “Parma” və “Kremoneze”də icarədə oynayıb. O, Rumıniya yığmasında da cəmi 2 oyun keçirib.