“Qarabağ”ın heyətinə qatmağa hazırlaşdığı Yassin Benzianın transferinin detalları müəyyənləşib. Corner.az Fransa mətbuatına istinadən xəbər verir ki, Ağdam klubu 28 yaşlı yarımmüdafiəçi üçün “Dijon” klubuna ödəniş etməyəcək.
Əlcəzair millisinin üzvünün Liqa2 komandası ilə müqaviləsi mövsümün sonuna qədər olsa da, “Dijon” rəhbərliyi onun pulsuz yola salmağa razılıq verib. Klublar arasında bu yöndə danışıqlar yekunlaşıb. Tibbi müayinədən keçmək üçün hazırda Bakıda olan Benzia ilə bağlı hər hansı problem yaşanmasa, “Dijon” onunla sözləşməyə xitam verəcək.
Yassin Benzianın “Qarabağ”la 2,5 illik müqaviləyə imza atması gözlənilir.