27 noyabr 2024. Çərşənbə

Vanda Nara yenə İkardiyə xəyanət edib?


  • Transfer
  • 16:51 26.01.2023
  • Oxunma sayı: 93
Vanda Nara yenə İkardiyə xəyanət edib?

Türkiyənin “Qalatasaray” klubunun hücumçusu Mauro İkardi və xanımı Vanda Nara növbəti qalmaqalla gündəmə gəliblər. Corner.az xəbər verir ki, Vandanın İkardiyə Rusiyanın “Spartak” (Mosvka) klubunun hücumçusu Keyta Balde ilə xəyanət etdiyi iddia olunur.

Bu məlumatı ispaniyalı jurnalist Xordi Martin canlı efirdə açıqlayıb. O, Vandanın Keyta ilə görüşmək üçün Dubaya getdiyini və onların bir oteldə qaldıqlarını bildirib.

İkardi bundan Vandanın səfəri zamanı bank kartından çıxılan pullar vasitəsi ilə xəbəri olub. Daha sonra argentinalı futbolçu Baldenin həyat yoldaşına mesaj yazaraq olanlarla bağlı xəbərdar edib. 29 yaşlı oyunçu bu yazışmaları sosial şəbəkələrində paylaşsa da, daha sonra bütün paylaşımlarını silib.

İddiaya görə, İkardi Balde ilə “İnter”də bir yerdə çıxış edərkən də Vandanın seneqallı futbolçu ilə ona xəyanət etməsindən şübhələnibmiş. Həmin vaxtda İkardi Keytanın Vandanın evinə gəldiyini təhlükəsizlik kameralarından görübmüş.

Bütün bunlardan xəbər tutan “Qalatasaray” azarkeşləri Baldenin, həyat yoldaşının və “Spartak”ın sosial şəbəkələrdəki səhifələrinə “hücum” ediblər. Xordi Martin isə baş verənlərlə bağlı yeni məlumatlar paylaşmağa da hazır olduğunu söyləyib.







Transfer