27 noyabr 2024. Çərşənbə

Fransa klubu qapıçısını 2 milyon avroya satdı


  • Transfer
  • 14:55 27.01.2023
  • Oxunma sayı: 87
Fransa klubu qapıçısını 2 milyon avroya satdı
Fransanın “Lill” klubu qapıçısı Leo Jardimi Braziliya təmsilçisi “Vasko da Qama”ya satıb. Corner.az xəbər verir ki, Liqa 1 təmsilçisi braziliyalı qolkiperdən 2 milyon avro qazanıb.
 
27 yaşlı oyunçu yeni klubu ilə 2025-ci ilin 31 dekabrına qədər müqavilə bağlayıb. Jardim “Qremio”nun yetirməsidir. O, Portuqaliyada “Rio Ave” və “Boavişta”nın da uğurları üçün çalışıb. “Lill”ə 2019-cu ildə 6 milyon avro qarşılığında transfer olunan qolkiper, bu komandada 30 oyuna çıxıb.
 
“Lill” bu ayrılıqdan sonra Fransa millisinin sabiq qapıçısı, bu mövsümün əvvəlindən “Oser”də forma geyinən Benua Kostili heyətinə qatıb. Azad agent statusu daşıyan 35 yaşlı qolkiper yeni klubu ilə bu mövsümün sonunadək anlaşıb. Kostil peşəkar karyerasına “Kan”da başlayıb. O, “Vann”, “Sedan”, “Renn” və “Bordo” kimi klubların da formasını geyinib. Təcrübəli qapıçı cari mövsümün əvvəlində müqavilə imzaladığı “Oser”də 19 oyuna 41 qol buraxıb.
 
“Lill” hücumçusu İsaak Lihaci ilə də yollarını ayırıb. Fransadan olan 20 yaşlı forvard İngiltərənin “Sanderlend” klubuna satılıb. O, yeni klubu ilə 2.5 + 1 illik müqaviləyə imza atıb. Marsel “Olimpik”inin yetirməsi olan gənc forvard 2020-ci ildən “Lill”də forma geyinirdi. O, bu komanda 39 oyuna 1 qol vurub.






Transfer