6 aprel 2026. Bazar ertəsi

PSJ-nin qapıçısı İngiltərə klubuna keçir


  • Transfer
  • 15:07 27.01.2023
  • Oxunma sayı: 141
PSJ-nin qapıçısı İngiltərə klubuna keçir

Fransanın PSJ klubunun qapıçısı Keylor Navas karyerasını İngiltərədə davam etdirə bilər.

Corner.az "Lequipe" nəşrinə istinadən xəbər verir ki, 36 yaşlı qolkiper "Nottingem Forest"lə şəxsi razılıq əldə edib.

Tərəflər arasındakı danışıqların isə davam etdiyi vurğulanıb. Paris təmsilçisi kosta-rikalı oyunçunu icarə əsasında göndəriləcəyi təqdirdə ona maaş vermək istəmir.

Navasın keçidi PSJ-nin yekun qərarından asılı olacaq.

Qeyd edək ki, Keylor Navas 2019-cu ildən Paris klubunda çıxış edir. Onun sözləşməsi 2024-cü ilin yayında başa çatmalıdır.







Transfer

PSJ 57 milyon avro təklif etdi
  • Transfer
  • 23:44 04.04.2026
PSJ 57 milyon avro təklif etdi