“Almeriya” heyətini yeni futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, La Liqa təmsilçisi Xixon “Sportinq”indən Dieqo Marinonu transfer edib.
32 yaşlı qapıçı ilə 2024-cü ilin yayına kimi müqavilə imzalanıb. La Liqa klubu ispan oyunçuya görə qarşı tərəfə 80 min avro ödəyib.
“Vilyarreal”ın yetirməsi olan qapıçı “Levante”də də forma geyinib. O, 2016-cı ildən uğurları üçün çalışdığı “Sportinq”də 222 oyuna çıxıb.
Yeri gəlmişkən, “Almeriya” isə yarımmüdafiəçisi Arvin Appyanı da “Malaqa”ya icarəyə göndərib. 22 yaşlı vingerin bu mövsümün sonunadək aşağı liqa klubunda forma geyinəcəyi açıqlanıb. Appya Niderlandda dünyaya göz açsa da, İngiltərədə böyüyüb və “Nottingem Forest” klubunun yetirməsidir. O, 2019-cu ildə məhz bu klubdan 8.5 milyon avro qarşılığından “Almeriya”ya transfer olunub. Appya bu komandanın heyətində meydana çıxdığı 62 oyunda cəmi 4 qol vurub.