6 iyul 2026. Bazar ertəsi

Borusiyya'dan 8.5 milyonluq transfer


  • Transfer
  • 17:28 27.01.2023
  • Oxunma sayı: 126
Borusiyya'dan 8.5 milyonluq transfer
Almaniyanın “Borussiya” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, Dortmund təmsilçisi Belçika “Anderlext”inin yetirməsi Julyen Duranvili transfer edib.
 
16 yaşlı hücumçu ilə imzalanmış müqavilənin müddəti və digər detalları açıqlanmayıb. Bundesliqa klubu bu transferə görə qarşı tərəfə 8.5 milyon avro təzminat ödəyiblər.
 
Duranvil “Anderlext”in yetirməsidir. O, Belçikanın U-16 yığmasında oynayıb, hazırda isə U-19-a dəvət alır.
 






Transfer