26 oktyabr 2024. Şənbə

Super Liqa klubu baş məşqçisiz qaldı


  • Transfer
  • 23:39 27.01.2023
  • Oxunma sayı: 71
Super Liqa klubu baş məşqçisiz qaldı
Türkiyənin “Qaziantep” klubu baş məşqçi Erol Bulutu istefaya göndərib. Corner.az klubun saytına istinadən xəbər verir ki, istefaya səbəb komandanın Super Liqanın cari mövsümündəki uğursuz çıxışı olub.
 
Belə ki, “Qaziantep” son 9 matçında qələbə qazana bilməyib. Komanda cari mövsümdə keçirdiyi 19 oyuna cəmi 19 xal toplayıb və 19 iştirakçı arasında 13-cüdür.
 
Bulut 2021-ci ilin mayından “Qaziantep”ə rəhbərlik edirdi. Komanda onun rəhbərliyi altında 65 matça çıxıb, 21 qələbə qazanıb, 19 heç-heçə edib və 25 məğlubiyyətə üzülüb.






Transfer