26 oktyabr 2024. Şənbə

Premyer Liqa klubundan 10 milyonluq transfer


  • Transfer
  • 14:32 28.01.2023
  • Oxunma sayı: 107
Premyer Liqa klubundan 10 milyonluq transfer
İngiltərənin “Bornmut” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Qana yığmasının və “Bristol Siti”nin hücumçusu Antuan Semenyonu transfer edib.
 
23 yaşlı futbolçu ilə 4.5 + 1 illik müqavilə imzalanıb. Premyer Liqa klubu bu transferə görə Çempionşip təmsilçisinə 10.25 milyon avro təzminat ödəyib.
 
İngiltərədə dünyaya göz açmış Semenyo peşəkar karyerasına məhz yetirməsi olduğu “Bristol Siti”də başlayıb. O, bu komandada meydana çıxdığı 124 oyunda 20 qol vurub. Semenyo “Nyuport Kaunti” və “Sanderlend” klublarında icarədə oynayıb, formasını geyindiyi Qana yığmasında 6 matç keçirib, 1 qol vurub.






Transfer