26 oktyabr 2024. Şənbə

La Liqa klubundan Sivasspor'a


  • Transfer
  • 14:34 28.01.2023
  • Oxunma sayı: 98
La Liqa klubundan Sivasspor'a
Türkiyənin “Sivasspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, Super Liqa təmsilçisi İspaniyanın “Jirona” klubunun yarımmüdafiəçisi Samuel Saysı transfer edib.
 
 32 yaşlı futbolçu ilə müqavilənin müddəti və digər detalları açıqlanmayıb.
 
Madrid “Real”ının yetirməsi olan ispan oyunçu karyerası ərzində “Sevilya”, “Melilya”, “Xetafe”, “Almeriya”, “Atletiko” (Madrid), “Hueska”, “Lids” və “Xetafe” kimi klubların da formasını geyinib. O, 2019-cu ildən formasını geyindiyi “Jirona”da 119 oyuna 12 qol vurub.
 
Yeri gəlmişkən, “Jirona” digər yarımmüdafiəçisi Manuel Valyexonu da “Real Ovyedo” komandasına icarəyə verib. 25 yaşlı vinger bu mövsümün sonuna qədər icarədə oynayacaq. Valyexo “Kadis”in yetirməsidir. O, “Valensiya” və “Alaves”də də forma geyinib. “Jirona”ya 2022-ci ildə gələn ispan futbolçu bu komandada cəmi 8 matça çıxıb.






Transfer