22 dekabr 2025. Bazar ertəsi

Mançester Yunayted'in onun üçün yay planı


  • Transfer
  • 19:48 28.01.2023
  • Oxunma sayı: 94
Mançester Yunayted'in onun üçün yay planı

“Napoli”nin hücumçusu Viktor Osimhen karyerasını "Mançester Yunayted"də davam etdirə bilər.

Corner.Az “soccernews.nl”-ə istinadən xəbər verir ki, “Napoli” bu mövsüm İtaliya A Seriyasının qalibi olduğu təqdirdə nigeriyalı futbolçu klubu tərk edə bilər. “Mançester Yunayted”  24 yaşlı forvardda israrlı olduğu üçün 120 milyon avro ödəməyə hazır olduğu bildirilir.

Osimhen 2020-ci ildən Neapol təmsilçisində çıxış edir. O, bu mövsüm “Napoli”nin heyətində bütün turnirlər daxil olmaqla 19 matça çıxıb, 15 qol vurub və 4 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.







Transfer

Bastoni “İnter”də qalacaq
  • Transfer
  • 15:48 21.12.2025
Bastoni “İnter”də qalacaq