- Transfer
- 21:53 26.11.2024
Karlo Ançelottinin oğlu Davide Ançelotti “Everton”u çalışdıra bilər.
Corner.Az “Daily Mail”-ə istinadən xəbər verir ki, 33 yaşlı keçmiş futbolçu “Everton”un baş məşqçi postuna namizədlərdən sayılan Marselo Byelsaya alternativ kimi dəyərləndirilir.
Hazırda Davide “Real”ın məşqçilər korpusunda işləyir.
“Everton” 2023-cü ilin yanvarında baş məşqçi Frenk Lempardı və onun köməkçiləri ilə yollarını ayırıb. Mersisayd təmsilçisinin müvəqqəti baş məşqçisi Leyton Baynesdir.