- Transfer
- 21:53 26.11.2024
"İnter” futbolçuları Hakan Çalhanoğlu və Matteo Darmianla yaxın vaxtlarda cari müqavilələrinin müddətini uzatmağa hazırlaşır.
Corner.Az İtaliya mətbuatına istinadən xəbər verir ki, italiyalı futbolçu Darmianın sözləşməsi 2024-cü ilin yayına qədər uzadılacaq.
Onun klubla cari müqaviləsinin müddəti altı aydan sonra başa çatacaq. Bu mövsüm o, bütün turnirlər daxil olmaqla “İnter”in heyətində 20 oyuna çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.
Türkiyəli futbolçu Hakan Çalhanoğlu ilə isə 2026-cı ilin yayına qədər uzadılacaq.
Türkiyə millisinin üzvünün Milan təmsilçisi ilə hazırkı müqaviləsi 2024-cü ilin yayına qədərdi. O, 2022/23 mövsümündə “İnter”in heyətində 25 oyuna çıxıb, 3 qol vurub və 5 məhsuldar ötürmə edib.