22 dekabr 2025. Bazar ertəsi

Xoşbəxt olduğu üçün ayrılmaq istəmir


  • Transfer
  • 21:57 28.01.2023
  • Oxunma sayı: 103
Xoşbəxt olduğu üçün ayrılmaq istəmir

Fransalı futbolçu Osman Dembele karyerasını uzunmüddət "Barselona"da davam etdirmək niyyətindədir.

Corner.Az “Diario Sport”-a istinadən xəbər verir ki, 25 yaşlı futbolçu Kataloniya təmsilçisi ilə cari müqavilənin müddətini uzatmaq istəyir. Eyni zamanda, onun, “Barselona”da xoşbəxt olduğu bildirilir.

Onun klubla müqaviləsi 2024-cü ilin iyununda başa çatacaq.

Dembele 2017-ci ilin avqustunda “Barselona”ya keçib. 2022/23 mövsümündə o, İspaniya klubunun heyətində 27 oyuna çıxıb, 8 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb. 







Transfer

Bastoni “İnter”də qalacaq
  • Transfer
  • 15:48 21.12.2025
Bastoni “İnter”də qalacaq