22 dekabr 2025. Bazar ertəsi

Yeni qapıçı gəldi, Qarabağ'ın yolu açıldı


  • Transfer
  • 13:40 29.01.2023
  • Oxunma sayı: 201
Yeni qapıçı gəldi, Qarabağ'ın yolu açıldı
Almaniya “Bayer” klubu  Fransa “Reyms”inin qapıçısı Patrik Pentsi transfer edib. Corner.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. 
 
26 yaşlı qolkiperlə müddəti 2025-ci ilin 30 iyununa qədər nəzərdə tutulmuş müqavilə imzalanıb.
 
“Austria”nın yetirməsi olan Avstriya yığmasının üzvü 2022-ci ilin yayında keçdiyi “Reyms”də cəmi 7 oyuna çıxıb. O, Avstriya millisində də 1 oyuna çıxıb.
 
Pentsin transferindən sonra “Bayer”in rusiyalı qapıçısı Andrey Lunyovun “Qarabağ”a keçmək ehtimalı bir qədər də yüksəlib. Çünki Ağdam klubunun transfer siyahısında bu qapıçı üçün yollar açılıb. Bunu Lunyovun agenti Anton Smirnov da təsdiqləyib. Moskva “Torpedo”sunun yetirməsi olan Lunyov ölkəsində “İstra”, “Kaluqa”, “Saturn”, “Ufa” və “Zenit”in də formasını geyinib.






Transfer

Bastoni “İnter”də qalacaq
  • Transfer
  • 15:48 21.12.2025
Bastoni “İnter”də qalacaq